AZ

Yerdən daha böyük sirli obyekt aşkar edildi

Alimlər Günəşin üstündə quşa bənzəyən və Yer planetindən 10 dəfədən çox böyük olan sirli optik obyekt qeydə alıblar.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının Telegram kanalında məlumat verilib.

"Dünən LASCO teleskoplarından birindən gözəl və bir qədər də sirli görüntü alındı. Göründüyü kimi, "quş" və ya "uçan gəmi"nin arxasında "alovlu cığır" var", - hesabatda deyilir.

Qeyd edilib ki, “quş”un qanadları təxminən 150 min kilometrdir və Günəşdən təxminən iki milyon kilometr yüksəklikdə uçur. Müqayisə üçün qeyd edək ki, Yerin ekvatorial diametri 12754 km, qütb diametri isə təxminən 12712 km-dir.

Seçilən
175
5
publika.az

10Mənbələr