AZ

“Napoli” “Ayaks”ın futbolçusunu istəyir

İtaliya çempionu “Napoli” yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində ilk addımlarını atır.

90deqiqe.Az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, Neapol təmsilçisi  “Ayaks”da çıxış edən Kennet Teylorla yaxından maraqlanır. 23 yaşlı yarımmüdafiəçi A Seriya təmsilçisinin transfer siyahısında əsas namizədlərdən biri hesab olunur.

Məlumata əsasən, cümə günü “Napoli”nin “Kalyari” üzərində qələbəsini qeyd etdiyi və çempionluğu rəsmiləşdirdiyi oyunda futbolçunun agentləri stadionda görüntülənib. Teylorun qiymətinin 25–30 milyon avro civarında olması transferin gerçəkləşməsinə əsas maneə kimi göstərilir.

Əsasən yarımmüdafiədə oynayan Teylor bu mövsüm bütün yarışlarda 52 oyuna çıxıb, 15 qol vurub və 8 məhsuldar ötürmə edib.

 

 

Seçilən
16
50
90deqiqe.az

10Mənbələr