AZ

Türkiyə Suriyada dəniz və hava qüvvələri bazaları qurur


25 may 2025-ci il tarixində Türkiyənin hökumət mediası, Ankaranın terrorla mübarizə çərçivəsində Suriyada yeni hərbi bazalar yaratmaq niyyəti barədə məlumat yayıb. Təkliflər əsasən Suriyanın şimalında cəmləşmiş Türkiyənin hazırkı hərbi mövcudluğundan fərqli olaraq, ölkənin mərkəzi və cənub bölgələrində yerləşə biləcək Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri bazalarını ehtiva edir. Bu planlar 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin süqutundan sonra regionda yaranan yeni geosiyasi vəziyyət və Türkiyənin kürd birləşmələrinə və digər təhdidlərə qarşı durmaqda Suriyada öz təsirin dairəsini gücləndirmək istəyi ilə əlaqələndirilir. Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, yeni bazaların yaradılması ilə bağlı danışıqlar 2025-ci il fevralın əvvəlində Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara arasında aparılıb. Reuters agentliyinin regional kəşfiyyat dairələrindəki mənbəsi bildirib ki, bazalar üçün ən çox ehtimal olunan yerlər Suriya Hərbi Hava Qüvvələrinin obyektlərinin yerləşdiyi Homs əyalətinin Tiyas və Palmira şəhərləridir. Bu bazalar, Ankaranın planlarına görə, Türkiyənin terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəli hesab etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) və Xalq Müdafiə Birlikləri (YPG) kimi kürd qruplaşmalarına qarşı mübarizədə qalaya çevrilməlidir. Bundan əlavə, Suriya hərbçilərinin təlimi və hava hücumundan müdafiə sistemlərinin yaradılmasını əhatə edən müdafiə paktının imzalanması imkanları da müzakirə edilir.

Surxay Əliyev

Seçilən
53
1
baki-xeber.com

10Mənbələr