“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) və Mətbuat Şurası Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusunda media nümayəndələri üçün araşdırma müsabiqəsi elan edib.
Bu barədə Publika.az-a ADY-dən məlumat verilib.
Müsabiqə üzrə istiqamətlər aşağıdakılardır:
1. Azərbaycan Dəmir Yollarının 145 illiyi: Tarixi araşdırma
2. Azərbaycanın geosiyasi mövqeyi: ADY-nin beynəlxalq dəhlizlərin inkişafında rolu
3. ADY-nin fəaliyyətində rəqəmsal həllərin tətbiqi
Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda (konkret götürülməklə) və ümumi şəkildə (hər biri eyni müsabiqə materialında olmaqla) istinad edilə bilər.
2. Müsabiqə üzrə mükafatlandırma
Müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq:
I yer
3 nəfər (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) – hər biri 1000 manat
3 nəfər (TV və radio) – hər biri 1000 manat
II yer
3 nəfər (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) – hər biri 700 manat
3 nəfər (TV və radio) – hər biri 700 manat
III yer
3 nəfər (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) – hər biri 500 manat
3 nəfər (TV və radio) – hər biri 500 manat
3. Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
- nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğun əhatə edilmə səviyyəsinə;
- analitik keyfiyyətlərə, faktların düzgün təhlilinə;
- faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
- ifadə vasitələrinin zənginliyinə;
- oxucu üçün məlumatlılıq dərəcəsinə;
- qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Müsabiqəyə 26 may 2025-ci il tarixindən 1 iyul 2025-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq analitik yazılar, həmçinin telekanallarda efirə veriləcək videomateriallar, radiolarda səsləndiriləcək audiomateriallar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.