Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Mətbuat Şurasıilə birlikdə media subyektlərinin (qəzet, jurnal, informasiyaagentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləriarasında Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə“Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundaaraşdırma müsabiqəsi keçirir.
Trend“Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki,müsabiqə üzrə istiqamətlər aşağıdakılardır:
1. Azərbaycan Dəmir Yollarının 145 illiyi: Tarixiaraşdırma
2. Azərbaycanın geosiyasi mövqeyi: ADY-nin beynəlxalqdəhlizlərin inkişafında rolu
3. ADY-nin fəaliyyətində rəqəmsal həllərin tətbiqi
Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda(konkret götürülməklə) və ümumi şəkildə (hər biri eyni müsabiqəmaterialında olmaqla) istinad edilə bilər.
2. Müsabiqə üzrə mükafatlandırma
Müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydadaaparılacaq:
I yer
3 nəfər (qəzet, jurnal, informasiya agentliyi,internet informasiya resursu) – hər biri 1000 manat
3 nəfər (TV və radio) – hər biri 1000 manat
II yer
3 nəfər (qəzet, jurnal, informasiya agentliyi,internet informasiya resursu) – hər biri 700 manat
3 nəfər (TV və radio) – hər biri 700 manat
III yer
3 nəfər (qəzet, jurnal, informasiya agentliyi,internet informasiya resursu) – hər biri 500 manat
3 nəfər (TV və radio) – hər biri 500 manat
3. Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlükveriləcək:
- nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğunəhatə edilmə səviyyəsinə;
- analitik keyfiyyətlərə, faktların düzgüntəhlilinə;
- faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanınkeyfiyyətinə;
- ifadə vasitələrinin zənginliyinə;
- oxucu üçün məlumatlılıq dərəcəsinə;
- qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisəninaparılmasına.
Müsabiqəyə 26 may 2025-ci il tarixindən 1 iyul 2025-ciil tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbərsaytlarında yayımlanacaq analitik yazılar, həmçinin telekanallardaefirə veriləcək videomateriallar, radiolarda səsləndiriləcəkaudiomateriallar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdətutulmur.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzetvərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları üçünhəcm məhdudiyyəti yoxdur.
Müsabiqə materiallarında “Azərbaycan Dəmir Yolları”QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illikinkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur” qeydiyer almalıdır.
Müsabiqə materialının yayımlandığı media subyektimedia reyestrindən keçməlidir. Adı media reyestrində olmayan mediasubyektlərində yayımlanmış materiallar müsabiqə materialı kiminəzərə alınmayacaq.
Müsabiqə materialının müəllifi konkret mediasubyektində çalışmalı və material onun çalışdığı media subyektindəyayımlanmalıdır.
4. Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazı və multimedia materiallarınıntəqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yeralmalıdır:
- müəllifin konkret media subyektində işləməsi və yaəməkdaşlıq etməsi barədə sənədin (vəsiqənin və ya mediasubyektindən arayışın) surəti;
- şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobiltelefonu;
- müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzetvə jurnalın 1 nüsxəsi, multimedia materialının diski;
- materialın yazılı formada A4 formatlı kağızvərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adıgöstərilməməlidir);
- diskdə materialın elektron forması (“Times NewRoman” şriftində, müəllifin adı qeyd olunmaqla);
- yazı elektron media resursunda yayımlanıbsa, diskdəyazının linki göstərilməlidir.
Yazılar və multimedia materialları elektron qaydadatəqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.
Təqdimatda yer almalıdır:
- müsabiqə yazısı (“Word” faylında, imzasız);
müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalınnüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);
- yazı elektron media resursunda, TV və ya radiodayayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr;
- yazı və ya multimedia materialının müəllifininşəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığınıtəsdiqləyən digər sənəd (PDF, JPG, yaxud “Word” faylında);
- yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud“Word” faylında) əlavə olunmalıdır.
Müsabiqəyə yazılar və multimedia materialları[email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqəüçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 26 may2025-ci il tarixindən 1 iyul 2025-ci il tarixinədək, həftənin işgünləri saat 11:00-dan 17:00-dək Bakı şəhəri, Məmməd Araz, 4ünvanında – Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.
Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansıbirinin yerinə yetirilməməsi qaydaların pozulması kimiqiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
Əlaqə:
(+994 12) 441 35 96
Mobil/vatsap:
(+994 50) 242 09 91; (+994 55) 789 85 03