AZ

ADY Milli Mətbuatın 150 illiyi münasibətilə media müsabiqəsi elan edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Mətbuat Şurası ilə birlikdə media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında Milli Mətbuatın 150 illiyi münasibətilə “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusunda araşdırma müsabiqəsi keçirir.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, müsabiqə üzrə istiqamətlər aşağıdakılardır:

1. Azərbaycan Dəmir Yollarının 145 illiyi: Tarixi araşdırma
2. Azərbaycanın geosiyasi mövqeyi: ADY-nin beynəlxalq dəhlizlərin inkişafında rolu
3. ADY-nin fəaliyyətində rəqəmsal həllərin tətbiqi

Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda (konkret götürülməklə) və ümumi şəkildə (hər biri eyni müsabiqə materialında olmaqla) istinad edilə bilər.

Bildirilib ki, müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq:

I yer
3 nəfər (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) – hər biri 1000 manat
3 nəfər (TV və radio) – hər biri 1000 manat

II yer
3 nəfər (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) – hər biri 700 manat
3 nəfər (TV və radio) – hər biri 700 manat

III yer
3 nəfər (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) – hər biri 500 manat
3 nəfər (TV və radio) – hər biri 500 manat

Məlumata görə, müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
- nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğun əhatə edilmə səviyyəsinə;
- analitik keyfiyyətlərə, faktların düzgün təhlilinə;
- faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
- ifadə vasitələrinin zənginliyinə;
- oxucu üçün məlumatlılıq dərəcəsinə;
- qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə 26 may 2025-ci il tarixindən 1 iyul 2025-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq analitik yazılar, həmçinin telekanallarda efirə veriləcək videomateriallar, radiolarda səsləndiriləcək audiomateriallar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.

Seçilən
37
36
aznews.az

10Mənbələr