AZ

Gəncədə şəhid plakatları sökülür - Video

Gəncədə şəhid plakatları sökülüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Şəhid yaxınlarından biri videoda şəhid ailələrinə müraciət edərək bildirir ki, yaxınlaşıb onlara aid olan fotoları götürsünlər. 

Şəhid plakatlarının sökülməsi ilə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İsmaoğlu da paylaşım edib. 

Gəncə icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən olmayıb. 

Əldə etdiyimiz məlumata görə şəhid plakatları 2025-ci ildə Gəncədə keçirilməsi planlaşdırılan sayca III MDB Oyunları ilə bağlı sökülüb. 

 

 

 

Seçilən
35
19
anews.az

10Mənbələr