Bakı. Trend:
Yasamal rayonunun bir hissəsinin qaz təchizatında müvəqqətifasilə yaranacaq.
Trendxəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki,Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qazxəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.
"İşlərin yekunlaşdırılması məqsədi ilə 27.05.2025-ci il saat10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatıdayandırılan müddətdə MİDA yaşayış kompleksində yaşayanistehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq",- deyəəlavə edilib.