AZ

ADU-da tələbələrin ifasında “Arşın mal alan” tamaşası ingilis dilində nümayiş olunub

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də Azərbaycan Dillər Universitetində (ADU) dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında hazırlanmış tamaşa tələbələrin ifasında ingilis dilində nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tamaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində hazırlanıb.

Tədbirdə vurğulanıb ki, bundan sonra Azərbaycan Dillər Universitetində daha maraqlı tamaşalar nümayiş olunacaq.

Sonda akademik Kamal Abdulla tamaşanı hazırlayanlara dərin təşəkkürünü bildirib.

Seçilən
80
7
azertag.az

10Mənbələr