AZ

Daha bir məktəbdə pul yığıldığı iddia olunurTƏFƏRRÜAT/VİDEO

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 288 saylı məktəbdə “Son zəng”lə bağlı 200 manat məbləğində pul yığılması iddiası ilə bağlı səs yazısı yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, səs yazısında pul yığdığı iddia edilən şəxs isə məktəbdə tərbiyə işləri üzrə təşkilatçı Eynur Orucovdur. 

O, “Xəzər Xəbər”ə səs yazısının təfərrüatlarını açıqlayıb.

Eynur Orucov deyir ki, pul yığılmasına təşkiltçılıq etməyib. Səs yarımçıq yayılıb.

Məktəbin direktoru Aygün Hüseynova ilə də əlaqə yaratmağa nail olduq.

Aygün Hüseynova da eyni formada açıqlama verdi.

Valideynlərdən biri isə mikrofonumuza danışmaq istəməsə də, “Son zəng” üçün pul toplanma iddialarını təsdiqlədi. 

Digər bir valideyn isə tam əksini dedi.

Məktəbdə təhsil alan 11-ci sinif şagirdlərindən biri də “Son zəng” üçün onlardan heç kimin pul tələb etmədiyini dedi.

Məktəbdən o da qeyd olundu ki, yayılan səs yazısı ilə bağlı hüquq- mühafizə orqanlarına müraciət edilib. Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən isə bununla bağlı heç bir cavab ala bilmədik.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.

Seçilən
190
21
xezerxeber.az

10Mənbələr