AZ

Premyer Liqa tarixində ilk: 5 fərqli klub...

2024/25 mövsümü İngiltərə futbolu tarixində Çempionşip və digər aşağı liqalarda keçirilən turnirlər istisna olmaqla beş fərqli Premyer Liqa klubunun müxtəlif turnirlərdə kubok qazandığı ilk mövsüm olub.

Publika.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

Bu, "Çelsi"nin "Betis" üzərində əzmkar qələbə qazanaraq (4:1) Konfrans Liqasının qalibi olmasından sonra müəyyənləşib.

Bundan əvvəl "Liverpul" Premyer Liqanın, "Kristal Pelas" İngiltərə Kubokunun, "Nyukasl" Liqa Kubokunun, "Tottenhem" isə Avropa Liqasının qalibi olub.

Seçilən
253
50
publika.az

10Mənbələr