Uşaq ikən buzlu suya düşdüm, 30 dəqiqə huşsuz qaldım və cənnət qapılarını gördüm.
Demedia.az "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə ABŞ sakini bildirib. Liza Blissin dediyinə görə, qəza 10 yaşında Nyu-Yorkda baş verib. Qız babasının bağ evində istirahət edərkən çayın yaxınlığında büdrəyib və suya düşüb. Sonradan yaxınlarının dediyi kimi, o, təxminən yarım saat buzda huşsuz vəziyyətdə qalıb. Bliss, huşunu itirdikdən sonra özünü parlaq işıqlı və ekzotik çiçəklərlə əhatələnmiş məkanda tapdığını söyləyib. Sonra onun diqqəti “maqnit cazibəsi” olan bir yola yönəlib.