Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, İlham Əliyevin çıxışında qeyd etdiyi AXC-nin sovetlərin tərkibinə daxil olandan sonra Qərbi Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsini vurğulanması reallıqların qarşı tərəfə və onun havadarlarına çatdırılması baxımından vacib mesaj idi:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Türkiyə və Pakistanın bundan sonra “üç dövlət – bir millət” olduğunu qeyd etməsi və dahi şair Səməd Vurğunun “Azərbaycan” şeirinin oxunmasının arxasında böyük mənalar dayanırdı və bu, bizə əyri gözlə baxan dairələrə göstərilən növbəti yumruq oldu".
Deputat bildirib ki, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin “Azərbaycan, Türkiyə və Pakistan bir ürəyin üç ruhudur” deməsinin arxasında da böyük fəlsəfə var:

"Çünki 28 May ölkəmizin Müstəqillik Günü olduğu kimi, Pakistanın da nüvə dövləti olduğunu elan etdiyi gündür. Bu məsələni Pakistan Baş nazirinin xüsusilə vurğulaması birliyimizin artıq vahid bir güc – nüvə gücü olduğuna bir işarədir.
Bu gün yeni dünya nizamı formalaşır. Belə dəyişkən dünyada Azərbaycan, Türkiyə və Pakistan birliyi yeni bir reallıq yaratdı və bu, yumruğumuzun çox möhkəm olduğunu nümayiş etdirməklə düşmənlərə çox ciddi bir siqnal oldu".
Cavidan Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
demokrat.azLeyla Axundzadə: "Nəinki Müşfiqə, heç bir repressiya qurbanına kompensasiya verilməyib" ( 18000328)
-
demokrat.azMüğənni Alişan ən böyük arzusunu açıqladı: "İstəyirəm ki..." ( 17997088)
-
sherg.azTahir Gözəl: İstəyirəm ki, "Qarabağ" müstəqil olsun ( 17756648)
-
axar.azİstəyirəm ki, "Qarabağ" müstəqil olsun - Gözəl ( 17756096)
-
teleqraf.comTahir Gözəl: İstəyirəm ki, "Qarabağ" müstəqil olsun" ( 17755403)
-
aia.azLiderlərin Laçından ötürdüyü mesajlar - ŞƏRH ( 17745440)
-
demokrat.azLiderlərin Laçından ötürdüyü mesajlar — DETALLAR ( 17743124)
-
sia.az"LaçınQarabağımızın gözəl-dilbər köşələrindən biridir" - POLİTOLOQ FİKRİ ( 17704985)
-
demokrat.azƏrdoğan: Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır ( 17704274)
-
sia.az"Vergi hər bir dövlətin"qan damarıdır"" - MÜNASİBƏT BİLDİRİLDİ ( 17666018)