AZ

Bu gün vəfat edən müğənni Şimalın dəfn yeri bilindi

15:48 30.05.2025
15:48 30.05.2025

Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən türkiyəli müğənni Şimal vəfat edib.

Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin dəfninin təfərrüatları məlum olub.

Bu haqda onun həyat yoldaşı sosial media hesabından məlumat verib.

Onun sözlərinə görə müğənninin cənazəsi Kuşadasına aparılacaq və orada ailə qəbirstanlığında dəfn olunacaq.

Xatırladaq ki, süd vəzi xərçəngindən sağalan Şimal, şişin beyinə metastaz verməsi ilə yenidən xəstəxanaya yerləşdirilmişdi. O, bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.


Seçilən
146
35
mynews.az

10Mənbələr