AZ

Tramp, Putin və Zelenski İstanbulda görüşəcək? - Fidan açıqladı

Bu gün, 16:16

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna danışıqları ilə bağlı açıqlamalar verib.
reportyor.tv xəbər verir ki, Fidan ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə İstanbulda bir araya gələcəyini bildirib.
"Ya bu müharibənin davam etməsinə göz yumacağıq, ya da bu il daimi sülhə nail olacağıq”, - deyə nazir qeyd edib.
Fidan daha əvvəl İstanbulda keçirilən sülh danışıqlarının əməhiyyətini də vurğulayıb: "İstanbulda aparılan danışıqların konkret nəticə verə biləcəyini sübut etdik. Burada qazanılan sürətin davam etməsini istəyirik".

Seçilən
20
50
Reportyor.tv

10Mənbələr