AZ

Laçın Beynəlxalq Hava Limanının açılışı Ermənistanda QORXU YARATDI...

 Türkiyə və Pakistan liderlərinin iştirakı ilə baş tutan açılış Ermənistan cəmiyyətində isterik reaksiyalarla qarşılanıb  Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə keçirilənbu mühüm tədbir Ermənistan cəmiyyətində ciddi narahatlıq doğurub. Erməni ekspertlər bu addımı "simvolik və hərbi-siyasi mesaj" kimi qiymətləndirirlər. Erməni politoloq Şiraz Xaçatryan Laçın hava limanının açılışını “provokativ addım” kimi dəyərləndirərək, onun Cənubi Qafqazdakı geosiyasi balanslara təsir edəcəyini iddia edib.


Politoloq Xəyal Bəşirov isə bu reaksiyaların əsassız olduğunu bildirib. Onun Referans-a olan açıqlamasındakı sözlərinə görə, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə istifadəyə verilən üçüncü hava limanıdır və bu, Azərbaycanın bərpa və inkişaf siyasətinin davamıdır: “Azərbaycanın əsas məqsədi bu ərazilərin yenidən canlandırılması və vətəndaşlarımızın doğma yurdlarına qaytarılmasıdır. Hava limanları yalnız nəqliyyat vasitəsi kimi yox, həm də regionun iqtisadi və sosial dirçəlişi üçün açar rolunu oynayır. Əgər müharibəyə hazırlaşsaydıq, oraya mülki insanları deyil, hərbi obyektlər yerləşdirərdik.




Xəyal Bəşirov həmçinin qeyd edib ki, Ermənistan tərəfinin bu məsələyə isterik reaksiya verməsi onların Azərbaycanı hələ də “düşmən” prizmasından dəyərləndirməsi ilə bağlıdır. “Laçın hava limanı təkcə hava nəqliyyatı obyektidir. Həmin ərazilərdə həm avtomobil, həm də dəmir yolları, körpülər, tunellər salınır. Bu isə Azərbaycanın bölgəni regional ticarət və logistika mərkəzinə çevirmək istəyinin bir göstəricisidir. Bu addımlar yalnız iqtisadi inkişaf və Cənubi Qafqazda sülh mühitinin möhkəmləndirilməsinə yol açır.


“Tarix boyu ticarət yolları uğrunda müharibələr gedib, amma eyni zamanda ticarət yolları həmişə sülhün təminatçısı olub. Laçın hava limanı, öncədən istifadəyə verilmiş Füzuli və Zəngilan hava limanları ilə birlikdə Azərbaycanın regionda əsas logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm addımdır.” Azərbaycanın Türkiyə və Pakistan kimi strateji tərəfdaşlarla birgə bu cür layihələri reallaşdırması isə regionda yeni geoiqtisadi reallıqların formalaşmasına zəmin yaradır. Bütün bu proseslər, eyni zamanda, Orta Dəhlizin inkişafını sürətləndirməklə Cənubi Qafqazın sülh və təhlükəsizlik zonasına çevrilməsinə xidmət edir", deyə politoloq əlavə edib.


Gülgəz Qədirova

Referans  

Seçilən
252
50
referans.az

10Mənbələr