AZ

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Bakı. Trend:

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”,“Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin ortaqiymətlərində azalma qeydə alınıb.

Trend xəbərverir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən"Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə iləmüqayisədə 0,38 ABŞ dolları və ya 0,56% azalaraq, 66,91dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 67,78dollar/barel, minimum isə 66,29 dollar/barel olub.

Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında"Azeri Light" markalı xam neftin orta qiyməti 65,67 dollar/bareltəşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,31 ABŞdolları və ya 0,47% azdır. Sözügedən dövr ərzində bu markalı xamneftin maksimal qiyməti 66,53 dollar/barel, minimum isə 65,09dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə iləmüqayisədə 0,66 ABŞ dolları və ya 1,26% azalaraq 51,69 dollar/bareltəşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 52,46dollar/barel, minimum isə 51,10 dollar/barel olub.

Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiymətiəvvəlki həftə ilə müqayisədə 0,89 dollar və ya 1,36% ucuzlaşaraq,64,57 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “DatedBrent” neftinin maksimal qiyməti 65,51 dollar/barel, minimum isə63,83 dollar/barel təşkil edib.

Neftin növü / tarix

26.05.2025

27.05.2025

28.05.2025

29.05.2025

30.05.2025

Orta qiymət

Azeri LT CIF

-

$66,43

$67,78

$67,15

$66,29

$66,91

Azeri Light FOB Ceyhan

-

$65,15

$66,53

$65,92

$65,09

$65,67

Urals (EX NOVO)

-

$51,10

$52,46

$51,90

$51,29

$51,69

Dated Brent

-

$64,26

$65,51

$64,70

$63,83

$64,57

Qeyd edək ki, 26 may Böyük Britaniyada dövlət bayramı olduğundanhəmin tarixə aid göstəricilər açıqlanmayıb.

Seçilən
72
50
az.trend.az

10Mənbələr