AZ

Ermənistanın mina terroru nəticəsində həlak olanların sayı açıqlandı

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər həlak olub və ya yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda iki gün ard-arda baş verən mina partlayışları dinc sakinlərə zərər vurub.

Vurğulanıb ki, yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və sakinlərin öz evlərinə qayıtmasına mane olur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
8
unikal.az

6Mənbələr