Futbol üzrə Azərbaycan Kubokunun qalibi bu gün müəyyənləşib
90deqiqe.Az-ın məlumatına görə,həlledici oyununda "Qarabağ" "Sabah"la qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi çətin qələbə qazanaraq kubokun sahibi olub.
Beləliklə, "köhlən atlar" bu mövsüm Azərbaycan çempionatı və Kubokunda qalib gələrək “qızıl dubl edib və ümumilikdə 9-cu dəfə bu kubokun sahibi olub.
Azərbaycan Kuboku
Final
31 may
19:00. “Qarabağ” – “Sabah” - 2:2
Qollar: Pavol Şafranko, 39-pen, Kadi, 45+1. Con İrasabal, 67 - öz qapısına,Kahim Parris, 90+5.