AZ

Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub, bir məhkum xəsarət alıb

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçmuş, nəticədə bir nəfər məhkum xəsarət almışdır.

Bu haqda APA-nın sorğuna cavab Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Onu da qeyd edək ki, xəbəri ilk olaraq ajans.az saytı yayıb.

Seçilən
239
50
apa.az

10Mənbələr