Yaponiyanın ən şimalındakı Hokkaydo adasının sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar 173 min nəfərin yaşadığı Obihiro şəhərindən 135 km cənub-şərqdə, saat 18:51-də baş verib. Zəlzələ ocağı 27 kilometr dərinlikdə yerləşib. Dağıntı və təlafat barədə məlumat daxil olmayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta