AZ

Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik edib

Bu gün, 09:10

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionu olması münasibətilə paylaşım edib.
Musavat.com xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

Seçilən
4
50
Reportyor.tv

10Mənbələr