AZ

Maşın işıq dirəyinə çırpıldı: 1 ölü, 3 yaralı

Bu gün, 09:45

Şabranda avtomobil işıq dirəyinə çırpılıb.
Publika.az xəbər verir ki, 1980-cı il təvəllüdlü Özbəy Adəm oğlu Əmirhəmzəyev idarə etdiyi "Qaz 53" markalı avtomobillə Zeyvə kəndində hərəkətdə olan zaman idarəetməni itirərək yolkənarındakı işıq dirəyinə çırpılıb.
Nəticədə sürücü hadisə yerində ölüb, avtomaşında olan sərnişinlər – 2011-ci il təvəllüdlü Tərlan Əzim oğlu Balaqədəşov, 1975-ci il təvəllüdlü Gülmalı Şahmirzə oğlu Balaqədəşov və 1990-cı il təvəllüdlü Həmid Hikmət oğlu Şıxəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
50
30
Reportyor.tv

10Mənbələr