Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 2-dən 4-dək səfərdə olacağı Çinə uçub.
Publika.az Belarus mətbuatına istinadla xəbər verir ki, Lukaşenko Çin prezidenti Si Cinpinlə danışıqlar aparacaq.
"Pekində Belarus lideri ilə Çin Xalq Respublikasının sədri arasında ənənəvi dostluq ailə görüşü keçiriləcək. Əvvəlcə təkbətək formatda, daha sonra isə qeyri-rəsmi şəraitdə Aleksandr Lukaşenko və Si Cinpinin Belarus-Çin münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini müzakirə etmək, çoxtərəfli layihələrin həyata keçirilməsi və birgə təşəbbüslər vasitəsilə maksimum dərəcədə dolğunlaşdırılması planlaşdırılır, - məlumatda deyilir.
Beynəlxalq əməkdaşlıq məsələləri də diqqət mərkəzində olacaq. Xəbərdə deyilir ki, səfər proqramına bir sıra digər danışıqlar və görüşlər də daxildir.