Azərbaycan və Türkiyəni yeni mövsümdə UEFA turnirlərində təmsil edəcək klubların adı bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, ölkəmizi Avropada 4 komanda təmsil edəcək.
Belə ki, “Qarabağ” Çempionlar Liqasında, “Sabah” Avropa Liqasında, “Zirə” və “Araz-Naxçıvan” isə Konfrans Liqasında mübarizə aparacaq.
Qardaş Türkiyə isə 5 komanda ilə Avropada təmsil olunacaq.
Super Liqanın çempionu olan “Qalatasaray” və ikinci yeri tutan “Fənərbağça” Çempionlar Liqasında, “Samsunspor” və “Beşiktaş” Avropa Liqasında, “Başakşehir” isə Konsfrans Liqasında iştirak edəcək.