Monqolustanın Dövlət Böyük Xuralı (parlament) gizli səsvermə keçirdikdən sonra baş nazir Luvsannamsrein Oyun-Erdeneni vəzifəsindən azad etmək qərarına gəlib.
Ölkə.az xəbər verir ki, bu barədə parlamentin mətbuat mərkəzinin rəhbəri bildirib.
Məlumata görə, o, yeni hökumət başçısı təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək.
"Monqolustan parlamentinin iclasının reqlamenti haqqında qanuna əsasən, deputatların əksəriyyəti, yəni 64 nəfər baş nazirə etimad səsverməsi üçün səs verməli idi. Gizli səsvermə yolu ilə verilən etimad səsverməsi parlamentarilərin əksəriyyəti tərəfindən təsdiq olunmadığından, hökumətin istefası ilə bağlı məsələyə baxılması üçün qərar qəbul edilib", - deyə bildirilir.
Qanuna görə, yeni baş nazir 30 gün ərzində təyin olunmalıdır.
Həmidə İbrahimova