AZ

ABŞ Qrenlandiyanı yeni komandanlığa tabe etməyi planlaşdırır

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 3 iyun, AZƏRTAC

Pentaqon Qrenlandiyanı ABŞ-ın Şimal Komandanlığının (NORTHCOM) məsuliyyət zonasına daxil etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.

“ABŞ-ın bu addımı coğrafi baxımdan məntiqli olsa da, siyasi baxımdan şübhəsiz ki, Avropada narahatlıq yaradacaq”, - deyə nəşrin mənbələrindən biri bildirib.

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün oraya qoşun göndərilməsini istisna etmir. O bununla bağlı qərarı müəyyən şərtlər daxilində verə biləcəyini vurğulayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
216
30
azertag.az

10Mənbələr