AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsi test üsulu ilə kompüterdə, yazılı və hesabat formalarında təşkil olunur.
İmtahanların gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə yaradılan İmtahan Qərargahı və Apelyasiya Komissiyası sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, eləcə də Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.
Rəhbərliyin nəzarəti altında keçiriləcək sessiyada bütün imtahanların mövcud normativ sənədlər əsasında və təlimata uyğun reallaşdırılması, nizam-intizamın yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb. Tələbələr imtahanqabağı məsləhət saatlarının təşkili, eyni zamanda, imtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyasına müraciət qaydaları haqda ətraflı məlumatlandırılıblar.
İmtahan müddətində universitetin Əsaslı kitabxanası və oxu salonu saat 08:30-dan 19:00-dək xüsusi qrafik əsasında işləyəcək.
Qeyd edək ki, imtahan sessiyası iyunun 5-də yekunlaşacaq.









10Mənbələr
-
tehsil.bizQarabağ Universitetində yaz imtahan sessiyası başlayıb ( 17950684)
-
sia.azİxtisas imtahanına qeydiyyat elan edilir ( 17906559)
-
tehsil.bizQiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanına qeydiyyat elan edilir ( 17901430)
-
azedu.azİmtahan sualları abituriyentləri düşündürdü - Fizika müəllimindən RƏY ( 17900449)
-
demokrat.azAqrar Universitetdə yaz semestrinin imtahan sessiyası başlayıb FOTOLAR ( 17899306)
-
demokrat.azAqrar Universitetdə yaz semestrinin imtahan sessiyası başlayıb — FOTOLAR ( 17899024)
-
moderator.azDövlət İmtahan Mərkəzi tarixdən zəif cavablandırılan mövzuları açıqladı ( 17898424)
-
teleqraf.comDövlət İmtahan Mərkəzi imtahanda tarixdən zəif cavablandırılan mövzuları açıqladı ( 17897449)
-
azertag.azAqrar Universitetdə yaz semestrinin imtahan sessiyası başlayıb ( 17896486)
-
yenilik.az“Texniki səhv” deyib sakitcə üstündən keçmək doğru deyil” ( 17894400)