Bakı. Trend:
Azərbaycan tərəfi Muctaba Dəmirçilunun İranın Azərbaycanda yenisəfir kimi təyin olunması üçün razılıq (aqreman) verib.
Bunu Trend-insorğusuna cavab olaraq İran Xarici İşlər Nazirliyinin mətbuatkatibi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, ötən gün İran Xarici İşlər Nazirliyinin mətbuatkatibi İsmayıl Bəqai İranın Azərbaycana yeni səfirinin təyinolunduğunu və inzitibati prosesin həyata keçirildiyinibildirib.
Bəqai qeyd edib ki, Orta Asiya və Qafqaz ölkələri ilə əlaqələrİran üçün çox önəmlidir. Xüsusilə Azərbaycanla əlaqələr xüsusiəhəmiyyətə sahibdir. İranın Azərbaycana seçdiyi səfir çox təcrübəlivə Avrasiya üzrə mütəxəssis diplomatlardan biridir.
Xatırladaq ki, İranın Azərbaycandakı səfirinin Seyid AbbasMusəvinin səlahiyyət müddəti 2024-cü il may ayında başa çatıb.