AZ

Azərbaycanda seysmik stansiyaların sayı 88-ə çatıb

BAKI, 4 iyun. TELEQRAF

Azərbaycanda seysmik stansiyaların sayı 88-ə çatıb.

Teleqraf xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinə həsr olunmuş “Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransında deyib.

O bildirib ki, stansiyalardan bütün məlumatlar Seysmoloji Xidmət Mərkəzinə ötürülür.

"Gecə-gündüz növbətçilərimiz var, bütün məlumatlar ötürülür. Məlumatlar respublika ərazisində peyk vasitəsilə ötürülür", - Q.Yetirmişli qeyd edib.

Seçilən
248
18
teleqraf.com

10Mənbələr