AZ

Ceydon Sanço "Çelsi" ilə vidalaşdı

Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, icarə əsasında "Çelsi"nin formasını geyinən cinah hücumçusu Ceydon Sanço "zadəganlar"la vidalaşıb.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesablarında bu barədə paylaşım edib:

"Bu mərhələyə görə minnətdaram. "Çelsi"dəki bütün insanları ürəkdən sevirəm. Klubun oyunçularını, əməkdaşlarını, məni isti qarşılayan azarkeşləri... Hər birinə uğurlar arzulayıram. Təşəkkürlər, "göylər".

Xatırladaq ki, "Çelsi" Sançonun transfer hüquqlarına yiyələnmək üçün "qırmızı şeytanlar"ın hesabına 29 milyon avro köçürməli olsa da, 6 milyon avro təzminat ödəyərək onu daimi əsasda heyətinə qatmaq fikrindən daşınıb.

Nihat

Seçilən
139
fanat.az

1Mənbələr