AZ

Zabitlər və psixoloqlarla keçirilən təlim-metodiki toplantı başa çatıb (FOTO)

Bakı. Trend:

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim vəTədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hissə və xüsusitəyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixolojitəminat (İİ və MPT) üzrə şöbə və bölmə (aidiyyəti kafedra vəsilsilə) rəisləri, hərbi hissələrin qərargah rəislərinin İİ və MPTüzrə köməkçiləri və psixoloqları ilə keçirilən təlim-metodikitoplantı başa çatıb.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, toplantınınyekununda Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edəngeneral-mayor Elçin Xəlilov çıxış edib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, SilahlıQüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarınınmütəmadi olaraq bütün şəxsi heyətə çatdırılması, eləcə də digərmaarifləndirici tədbirlər nəticəsində hərbi qulluqçularınmənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsinə nail olunub.Ordumuzda hərbi intizam pozuntusu və digər neqativ halların ötənillərə nisbətən xeyli azaldığı xüsusi vurğulanıb.

General-mayor E.Xəlilov aparılan islahatları əhatə edən yeniqanun layihələrinin hərbi qulluqçuların peşəkarlığınınartırılmasına, həmçinin sosial-məişət şəraitinin daha dayaxşılaşdırılmasına müsbət təsir edəcəyini bildirib.

Müdafiə nazirinin müvafiq əmrlərinin tələblərinə, o cümlədəntəhlükəsizlik qaydalarına və sayıqlığın artırılmasına dairtəlimatlara uyğun olaraq hərbi qulluqçular arasında fərdi tərbiyəişinin aparılmasının və qarşılıqlı münasibətlərin düzgün təşkiledilməsinin vacibliyi qeyd edilib.

Sonra İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisipolkovnik Elşad Əbilov 2023-cü tədris ili ərzində İİ və MPTsahəsində həyata keçirilən tədbirləri təhlil edib. AzərbaycanOrdusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığınınyüksəldilməsi, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasıməqsədilə qarşıya qoyulan tapşırıqların həlli istiqamətindəgörülmüş işlərdən danışıb.

Sonda 2024-cü tədris ilində mənəvi-psixoloji təminatla bağlımüvafiq tapşırıqlar toplantı iştirakçılarının diqqətinəçatdırılıb.

Zabitlər
Zabitlər
Zabitlər
Seçilən
270
2
az.trend.az

6Mənbələr