AZ

Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayrıldı

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Fanat.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan milli komandasının minifutbol üzrə dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan federasiyaya 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycan minifutbol yığması Milli Gimnastika Arenasında keçirilən mundialın finalında Macarıstan komandasına 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Seçilən
97
fanat.az

1Mənbələr