Ermənistandan Azərbaycana ən azı 6 çay axır.
“Report” xəbər verir ki, bu fikirləri “Enviromental Protection First” qeyri hökumət təşkilatı (QHT) koalisiyasının üzvü Sabit Bağırov deyib.
O, Metsamor atom elektrik stansiyasının (AES) fəaliyyətini davam etdirməsinə etiraz olaraq keçirilən brifinqdə bildirib ki, bu mənada, Araz çayının çirkləndirilməsi riski yüksəkdir.
"Bununla bağlı İran mediasında da müvafiq etirazların olduğunu görmüşük. Demək olar ki, Azərbaycanın bütün ərazisi çaylar vasitəsilə çirklənmə təhlükəsi ilə üz-üzədir. Ermənistan Helsinki Konvensiyasına qoşulmayıb. Bu sərhəd bölgələrdəki çay və göl yataqlarının təmizliyinə cavabdehlik daşıyan bir konvensiyadır. Ermənistanın bu sənədə qoşulmamasının səbəbi, yəqin ki, məlumdur".