1-ci Liqa təmsilçisi "Mingəçevir"in yarımmüdafiəçisi Aqil Nəsibov iş yerini dəyişməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "7 nömrə"nin xidmətində "Şəfa" maraqlıdır.
23 yaşlı futbolçunun yanvardan - Füzuli Məmmədov komandaya baş məşqçi təyin ediləndən sonra "Mingəçevir"də sərgilədiyi performans son mövsümdə 2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqaya yüksələn "Şəfa"nın diqqətini üzərinə çəkib. Aqilə mərkəzi aran təmsilçisində aldığından bir neçə dəfə çox maaş təklif edən Bakı klubu onun keçidini reallaşdırmaq üzrədir.
Xatırladaq ki, qarşısına elitada qalmaq tapşırığı qoyulan "Mingəçevir" qışdan sonra 29 xal toplayaraq 4-cü yeri tutub.
Mirağa