PSJ-nin qapıçısı Canluici Donnarummanın agenti Entso Rayola müştərisinin Paris klubundan ayrıla biləcəyini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Əvvəlcə PSJ ilə danışmaq lazımdır, gerisinə baxacağıq. Bir neçə başqa təklifimiz var.
"İnter"? Hə, Donnarumma həm "Napoli"nin, həm də "İnter"in xoşuna gəlir".
Qeyd edək ki, Donnarumma 2021-ci ildən Fransa nəhənginin uğurları üçün çalışır. Onun PSJ ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı italiyalı qolkiperin transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Nihat