Respublikanın sabiq hərbi prokuroru, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyev metroda görüntülənib.
Avtosfer.az "Azxeber.com"a istinadən xəbər verir ki, o, ötən gün axşam saatlarında metronun “İçərişəhər” stansiyasından istifadə edib.
Qeyd edək ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev cari il aprelin 8-də təqaüdə göndərilib. Aprelin 11-i isə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.