AZ

​"Fənərbaxça"dan Osimhenlə bağlı açıqlama

"Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalı klubla bağlı maraqlı açıqlamalar verib. Metbuat.az xəbər verir ki, o, məşqçi Joze Mourinyonun bütün tələblərini yerinə yetirdiklərini ifadə edib. Acun Ilıcalı komandanın daha da güclənəcəyini, dünyaca məşhur ulduzların transfer ediləcəyini bildirib. "Fənərbaxça" nümayəndəsi klubun 3-4 futbolçu ilə danışıqlar apardığını ifadə edib. O, adı "Fənərbaxça" ilə hallanan Viktor Osimhenlə bağlı da açıqlamalar verib. Acun Ilıcalının sözlərinə görə, Osimhen transferi ilə bağlı danışıqlar aparılmayıb.

Qeyd edək ki, Viktor Osimhenin “Əl Hilal”la razılığa gəldiyi barədə xəbərlər dərc edilib.

Seçilən
177
metbuat.az

1Mənbələr