AZ

İngiltərə millisinin üzvü "Aston Villa" ilə müqavilə yenilədi - RƏSMİ

İngiltərə millisinin 32 yaşlı müdafiəçisi Tayron Minqs "Aston Villa" ilə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, informasiyanı Birmingem təmsilçisinin rəsmi saytı yayıb.

Yeni anlaşmanın şərtləri barədə məlumat verilməyib. Mətbuatdakı iddialara görə, Minqs müddəti 2027-ci ilin yayına qədər olan sözləşməyə imza atıb.

Qeyd edək ki, sözügedən oyunçunun "Aston Villa" ilə əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər idi. Geridə qalan mövsümdə klubunun forması ilə bütün turnirlərdə 22 matça çıxan Tayron 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, zədə səbəbindən mövsümün müəyyən hissəsini boşa verib.

Nihat

Seçilən
83
fanat.az

1Mənbələr