AZ

Şəhər parkında partlamamış bomba tapılıb

İyunun 4-də səhər saatlarında şəhərə hücum edən rus pilotsuz təyyarələrindən biri Xarkovda tapılıb.

Rusiyada adı “Geran” olaraq dəyişdirilən iran “Şahed”i Novobavarski rayonundakı parka düşüb və partlamayıb. Şəhərin fövqəladə hallar departamentinin direktoru Bohdan Qladkix bildirib ki, mütəxəssislər onu zərərsizləşdiriblər. Xarkov Vilayət Prokurorluğunun nümayəndəsi Vlad Karpov deyib ki, PUA 50 kq döyüş başlığı ilə təchiz olunub.

Qeyd edək ki, səhər tezdən Rusiya ordusu Xarkova iki raket (onların növü hələ müəyyən edilməyib) və doqquz “Şahed” pilotsuz uçan aparatı atıb. Mer İqor Terexovun sözlərinə görə, Novobavarski rayonunun sənaye zonası və yaşayış massivlərində bir neçə yanğın hadisəsi qeydə alınıb. Xidmət stansiyası da yanıb. Ən azı bir qurban var. Daha sonra mer Rusiyanın “Molniya” pilotsuz təyyarəsinin Kiyevski rayonunda, dairəvi yolun yaxınlığındakı yanacaqdoldurma məntəqəsini vurması barədə məlumat verib. Terexov bildirib ki, orada daha bir nəfər yaralanıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
148
editor.az

1Mənbələr