AZ

DETX bu rayonlarda yaşıllıqların məhv edilməsi faktı aşkar edib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qusar, Xaçmaz, Şəmkir və Zəngilan rayonlarının inzibati ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.


Ekologiya.az bildirir ki, araşdırma zamanı Qusar rayonu Avaran kəndinin inzibati ərazisində həmin kənd sakini Batman Qaraxanov tərəfindən 4 ədəd, Xaçmaz rayonu Xudat şəhəri 6-cı şöbə adlanan ərazidə Məmmədxanlı kənd sakini Taleh Kərimov tərəfindən 11 ədəd, Şəmkir rayonu Qapanlı kəndinin inzibati ərazisində həmin kənd sakini Aydın Cabbarov tərəfindən 1 ədəd, Zəngilan şəhərinin ərazisində “Minera” MMC-nin əməkdaşı Şamaxı rayonu Ağdərə kənd sakini Ziyad Bayramov tərəfindən 1 ədəd ağacın məhv edilməsi faktı müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Seçilən
159
ekologiya.az

1Mənbələr