Qazaxda yol qəzasında ölən 4 nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yenisabah.az FHN-ə istinadla xəbər verir ki, hadisə Abbasbəyli kəndində qeydə alınıb.
BMW markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız