AZ

Qazaxda BMW divara çırpılıb, 4 nəfər ölüb

Qazax, 5 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
295
30
azertag.az

10Mənbələr