Sakit Okeanın mərkəzi hissəsində 800-ə yaxın elektromobil də daxil olmaqla 3000-ə yaxın avtomobili Meksikaya aparan “Morning Midas” yük gəmisində yanğın baş verib.
Bloomberg ABŞ Sahil Mühafizəsinə istinadən xəbər verir ki, insident Adak adasından (Alyaska) 480 km cənubda baş verib. “Zodiac Maritime” idarəetmə şirkətinin məlumatına görə, göyərtələrdən birində tüstü yaranıb.
Ekipaj yanğını söndürməyə çalışsa da, vəziyyəti nəzarət altına ala bilməyib”, – məlumatda deyilir. ABŞ Sahil Mühafizəsi bütün 22 dənizçini yaxınlıqdakı ticarət gəmisinə təxliyə edib. Şirkət yükün sahiblərinin adını açıqlamayıb.
//Samir Qurbanov, Editor.az