AZ

Ermənistan ərazisində qalan Azərbaycan irsi tamamilə darmadağın edilib - Fərid Şəfiyev

Bakı. Trend:

Cənubi Qafqazda son 30 ildə müxtəlif münaqişələr olub. Bunlarınarasında Ermənistan-Azərbaycan münaqişəsi xüsusi yer tutur.Minlərlə insan bu münaqişənin qurbanı olub.

Trend xəbərverir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarəHeyətinin sədri Fərid Şəfiyev Mərkəzdə "Daşlar sükut içindədanışır: Azərbaycan irsinin qorunması" adlı elmi-praktik tədbirdəçıxışı zamanı deyib.

O bildirib ki, bu qurbanlardan əlavə Ermənistan ərazisində qalanAzərbaycan irsi də tamamilə darmadağın edilib.

“Mən müxtəlif yerlərdə ermənilərlə görüşmüşəm, təklif etmişəmki, qarşılıqlı şəkildə bu məsələni müzakirə edək.

Bizim mərkəzin binasının yaxınlığında erməni kilsəsi var. Oradaerməni dilində olan yüzlərlə kitab qorunur.

1993-cü ildə Qarabağda inşa edilən qanunsuz binalar CenevrəKonvensiyasına uyğun olaraq sökülüb. Lakin digər bütün tariximədəni irs nümunələri qorunub saxlanıb.

Amma təəssüflər olsun ki, bu mənzərəni Ermənistanda görmürük,oradakı abidələr tamamilə dağıdılıb. İrəvandakı Göy məscid də farsabidəsi kimi təqdim olunur”, - deyə F.Şəfiyev fikrinitamamlayıb.

Seçilən
247
20
az.trend.az

10Mənbələr