Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin I Liqa təmsilçisi "Boluspor"dan ayrılıb.
Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşımı edib.
Paylaşımında “Hər şey üçün təşəkkürlər, “Boluspor” yazaraq, ayrılığa işarə edən Vüsal 2024-cü ilin yanvarından sözügedən komandada çıxış edirdi. Onun Türkiyə klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulurdu.
Vüsal İsgəndərli Bolu təmsilçisində keçirdiyi ilyarım müddətində 41 matça çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
2019-cu ilin noyabrında Azərbaycan millisində debüt edən 29 yaşlı vinger 5 oyunda meydana çıxıb.