"Vahid Əzizin sözlərini "Zalim"ə çevirməyiblər. Onun sözləri tamam fərqli idi, "Zalim" isə tamamilə başqa bir əsərdir. Bunlar iki ayrı, müstəqil şeirdir".
News24.az xəbər verir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, Xalq artisti Eldar Mansurov deyib.
O bildirib ki, bir çox ölkələrdə müxtəlif xalqlar bu mahnını öz dillərində ifa ediblər:
"Xaricdə bir çox insan Azərbaycan dilini bilmir. Belə olan halda, mahnının nədən bəhs etdiyini necə anlaya bilərlər? Bu səbəbdən hər kəs mahnıya öz sözlərini yazmalı olub, türklər də istisna deyil.
Məsələn, Rusiyada bir nəfər "Bayatılar" əsərinə rusca sözlər yazaraq adını "Здравствуйте" qoyub. Bosniyadan olan başqa bir şəxs isə bu mahnını "Суббота" adı ilə ifa edib.
Davamı videoda:
Günel Məlikzadə