AZ

Gədəbəy rayonunun sənayesi haqqında məlumat » AzadMedia.az


2025-ci ilin yanvar-mart ayları ərzində 40745,9 min manatlıq və ya 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. Ümumi istehsalın 95,2 faizi qeyri-dövlət sektorunun, 4,8 faizi isə dövlət sektorunun payına düşür.

Məhsulun 85,7 faizi mədənçıxarma, 9,5 faizi emal, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Qeyri-dövlət sektorunda istehsalın həcmi 2024-cü ilin müvafiq dövrünə nisbətən 2,9 dəfə artaraq 38782,6 min manat və ya sənaye məhsulunun 95,2 faizini təşkil etmişdir.

İstehlakçılara 40745,9 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 aprel 2025-ci il tarixində sənaye müəssisələrinin anbarlarında 12213,5 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 30,0 faizini təşkil etmişdir.

Emal sektorunun müəssisələri tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində 3872,2 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 9,5 faiz təşkil etmiş və 2024-cü ilin müvafiq dövrünə nisbətən 13,6 faiz artmışdır.

Qida məhsullarının istehsalı əvvəlki ilin müqavif dövrünə nisbətən azalaraq 2442,4 min manat olmuş və bölmənin məhsullarının 6,0 faizini təşkil etmişdir.

Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2025-ci il yanvar-mart aylarında 1887,5 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,0 faiz artmışdır.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2024-cü ilin müvafiq dövrünə nisbətən 1,0 faiz artaraq 75,8 min manat təşkil etmişdir.
Seçilən
164
azadmedia.az

1Mənbələr