AZ

Ayxan Abbasov "Mingəçevir"də parlayan futbolçunu yanına aparır

"Şamaxı" növbəti transferini reallaşdırmağa yaxındır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, müqavilə ilə "Turan Tovuz"a məxsus olan, geridə qalan mövsümün ikinci yarısında icarə əsasında "Mingəçevir"in uğurları üçün çalışan Raul Məmmədovdur.

21 yaşlı müdafiəçinin mərkəzi aran təmsilçisində ortaya qoyduğu performans "Şamaxı" ilə yanaşı, həm də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi olan Ayxan Abbasovun diqqətini çəkib. "Şəhərlilər"in baş məşqçisi Füzuli Məmmədovun rəhbərliyi altında potensialı açılan, U-21-in Belarusa qarşı dünən keçirdiyi yoxlama görüşündə (1:3) təmsilçimizin yeganə qolunu vuran Raulun növbəti mövsümə "aslanlar"ın sıralarında başlamaq ehtimalı olduqca yüksəkdir.

Xatırladaq ki, qarşısına elitada qalmaq tapşırığı qoyulan "Mingəçevir" qışdan sonra Füzuli Məmmədovun rəhbərliyi altında 29 xal toplayaraq 4-cü yeri tutub.

Mirağa

Seçilən
84
fanat.az

1Mənbələr