AZ

30 ildir eşidirəm, "oxuyacağam", amma oxumur

“Mən hazırda yalnız Mübariz Tağıyevlə işləyirəm. Onunla çox yaxın dostuq. Yazdığım musiqiləri Mübariz daha dərindən hiss edir, mən də bilirəm onun üçün necə bəstələmək lazımdır”.

News24.az xəbər verir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, Xalq artisti Eldar Mansurov deyib.

Xalq artisti digər ifaçılarla əməkdaşlığının artıq davam etmədiyini də əlavə edib:

“Vaxtilə bir çox müğənnilərlə işləmişəm, amma indi onlar mənə müraciət etmirlər. Bu gün onları daha çox başqa tərzdə mahnılar maraqlandırır. Halbuki, vaxtında onlar üçün də çox yaxşı mahnılar bəstələmişdim. Hərdən həmin müğənniləri görəndə soruşuram: "Niyə o mahnını oxumursan?" Cavab verirlər ki, "Oxuyacağam". 

30 ildir eşidirəm ki, deyirlər "oxuyacağam", amma hələ də oxumurlar”.

Davamı videoda:

Günel Məlikzadə



Seçilən
121
news24.az

1Mənbələr